AZ

Sabiq nazirin üzərindən marixuana, evindən narkotik çıxdı

Udmurtiyanın (Rusiya Federasiyası tərkibində respublika, - red) keçmiş kənd təsərrüfatı naziri Mixail Yudin narkotik təsiri altında avtomobil idarə etdiyinə görə həbs edilib.

Bu barədə Rusiya mətbuatı məlumat dərc edib.

Qeyd olunur ki, Yudin magistral yolda "Belgee" markalı avtomobilini idarə edərkən saxlanılıb. Onun narkotikin təsiri altında avtomobil idarə etdiyi məlum olub. Həmçinin, Yudinin üzərindən marixuana paketi tapılıb.

Keçmiş məmur dindirilmə zamanı günahını etiraf edib. O, beş gün müddətinə həbs edilib və narkoloji müalicə mərkəzində müalicə alması qərara alınıb.

Bundan əlavə Yudinin evində axtarış aparılıb və 10 qram narkotik maddə tapılıb. Nəticədə, keçmiş nazirə qarşı xeyli miqdarda narkotik maddənin qanunsuz saxlanması ilə bağlı cinayət işi açılıb./unikal.az/

Seçilən
25
2
musavat.com

10Mənbələr