AZ

U 17 İnkişaf Turnirinə məğlubiyyətlə başladı

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində ilk oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, U-17 meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Zimbru” stadionunda keçirilən görüş Moldova yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin start heyəti: 1. Rauf Əyyubov, 3. Sahib Xəlilli, 4. Rəşad Gülüşov, 5. Səttar Tahirzadə (k), 6. Toğrul Mehdizadə, 7. Muhamməd Çodarov, 8. Nihad Cəfərzadə, 9. Nicat Kərimov, 10. Samir Şərifov, 11. Pünhan Kərimov, 13. Nihad Hüseynzadə.

Qeyd edək ki, U-17 turnir çərçivəsində növbəti matçlarını aprelin 16-da Gürcüstanla, 19-da isə Estoniya ilə keçirəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
futbolpress.az

1Mənbələr