ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.
“Könüllü olaraq Qarabağı tərk edən ermənilərin qayıtması məsələsini gündəmdə saxlamaq səmərəsizdir”
“Könüllü olaraq Qarabağı tərk edən ermənilərin qayıtması məsələsini gündəmdə saxlamaq səmərəsizdir”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Vətəndaş Müqaviləsi” Partiyasının seçki platformasını təqdim edən video müraciətində deyib.
"Artıq kimin harada yaşadığını, kimin nəyə sahib olduğunu araşdırmayacağıq. Biz məsələni bağlayırıq. Sülhə nail olmağın yeganə yolu budur. Bizim öz həqiqətimiz var, amma hər kəsin öz həqiqəti var", - deyə o bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.