AZ

Usta çardaqdan yıxılaraq öldü

Yazını böyüt
Yazını kiçilt

Samux sakini bədbəxt hadisə nəticəsində ölüb.

Hafta.az xəbər verir ki, hadisə rayonun Ziyadlı kəndində baş verib.

Belə ki, kənd sakini 1982-ci il təvəllüdlü Yavər Məmmədov 1965-ci il təvəllüdlü Güllü Zeynalovaya məxsus evin dam örtüyünü təmir edən zaman yıxılıb. Ağır xəsarət alan 44 Y.Məmmədov xəstəxanaya yerləşdirilib. Xəstəxanada həkimlərin tibbi yardımlarına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
62
1
hafta.az

2Mənbələr