AZ

Nəsimi rayonu ərazisində yolda çökmə baş veribVİDEO

Hərəkətin intensiv olduğu ərazidə yolun bir hissəsi çöküb. Bu da pik saatlarında sürücülər üçün çətinlik yaradıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Salamzadə küçəsinin yardımçı yolunda, ''Xutor'' istiqamətində gedən ərazidə baş verib. İntensiv yağışlardan sonra yolda səkiyə yaxın hissə qəfildən çöküb. 

Sakinlər bildirirlər ki, çökmə baş verən kimi aidiyyəti qurumlara məlumat verilib. Əraziyə texnika və canlı qüvvə cəlb edilib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən ''Xəzər Xəbər''ə bildirildi ki, yağış kollektorunun təmiri və bərpası istiqamətində işlər görülür. Tam yekunlaşdıqdan sonra aidiyyəti quruma məlumat veriləcək və yol asfaltlanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
14
2
xezerxeber.az

3Mənbələr