AZ

Onların İslamabada göndərildiyini təsdiqlədi - “Artıq yoldadırlar”

ABŞ Prezidenti Donald Tramp “New York Post” qəzetinə verdiyi açıqlamada İranla gərginliyi azaltmaq üçün yüksəksəviyyəli nümayəndə heyətinin İslamabada göndərildiyini təsdiqləyib.

"Cebheinfo.az" xəbər verir ki, Amerika lideri danışıqların ikinci mərhələsində iştirak edəcək heyətə vitse-prezident Cey. Di. Vens, xüsusi elçilər Stiven Uitkoff və Cared Kuşnerin daxil olduğunu bildirib.

“Onlar artıq yoldadırlar və bu axşam vaxtında orada olacaqlar. Tərəflər üzərlərinə götürdükləri ciddi öhdəliklərə sadiqdirlər”, – deyə Tramp vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl CNN rəsmi Tehranın danışıqlar masasında öz şərtlərini kəskinləşdirdiyini bildirmişdi. Məlumata görə, İran ABŞ-dən sanksiyaların yumşaldılmasını və xarici banklarda dondurulmuş 20 milyard dollardan çox aktivinin dərhal sərbəst buraxılmasını tələb edir. Eyni zamanda İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, ölkəsinin zənginləşdirilmiş uranı xaricə ixrac etmək planı yoxdur.

"Cebheinfo.az" 

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr