AZ

İspaniyada 485 il həbs cəzası ilə üzləşən qaçaq saxlanılıb

Bakı. Trend:

Polşa hökumətinin sorğusu əsasında İspaniyada az qala 5 əsrmüddətili həbs cəzası ilə üzləşən qaçaq saxlanılıb.

Trend bu barədəxarici mediaya istinadən xəbər verir.

Məlumata görə, İspaniyanın Milli Polisi Tenerife adasında Polşahakimiyyət orqanları tərəfindən axtarışda olan və 485 ilədəkazadlıqdan məhrumetmə cəzası ilə üzləşəni tutub.

Həmin şəxs barəsində Avropada həbs orderi verilib. O, 40-dan çoxcinayətdə, o cümlədən qanunsuz silah hazırlanması və saxlanması,narkotik vasitələrin dövriyyəsi və dələduzluqda ittiham olunur.

Şübhəli Arona yaşayış məntəqəsində saxlanılıb.

Araşdırmaya isə 2025-ci ilin sentyabrında Polşa tərəfininsorğusundan sonra başlanılıb. Sorğuda axtarılan şəxsin İspaniyadaola biləcəyi qeyd olunurdu.

Məqalədə:
Seçilən
56
2
az.trend.az

3Mənbələr