AZ

Sankt-Peterburq-İstanbul reysi Rumıniyada TƏCİLİ ENİŞ ETDİ

Sankt-Peterburq-İstanbul reysi ilə uçan təyyarə Rumıniyada təcili eniş edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Pegasus Airlines” məlumat yayıb.

Sankt-Peterburqdan İstanbula uçan “Airbus A321” tipli təyyarə Rumıniyada təcili eniş etməyə məcbur olub.

Uçuşa başladıqdan iki saat sonra hava gəmisi təhlükə siqnalı verib.

Təyyarənin təcili eniş etməsinə sərnişinlərdən birinin klinik ölüm keçirməsi səbəb olub.

Hazırda tibb işçiləri həmin şəxsi reanimasiya etməyə çalışırlar.

Qeyd edək ki, 2022-ci ildən etibarən Rusiya ilə Rumıniya arasında birbaşa uçuşlar dayandırılıb. Lakin vəziyyətlə əlaqədar təyyarə Buxarestdə eniş edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
54
interpress.az

1Mənbələr