AZ

Azərbaycanda III ixtisas qrupu ləğv olunur?

Bakı. Trend:

Bu il qəbul imtahanlarının ikinci mərhələsinin 1-ci cəhdi üçünixtisas qrupları üzrə statistikaya nəzər salanda görünür ki, 3-cüixtisas qrupu üzrə iştirakçı sayı ötən ilə nisbətən xeyli azdır.Təhsil ictimaiyyəti isə bu ixtisas qrupunun getdikcə aktuallığınıitirdiyi və plan yerlərinin boş qalacağını müzakirə edirlər.

Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri Trend-ə açıqlamasındabildirib ki, süni intellekt dövründə İT texnologiyalarının sürətləinkişaf etdiyi bir mərhələdə bəzi ixtisasların mövcudluğunu qoruyubsaxlaması üçün mütləq şəkildə transformasiya və ya reformasiyakeçməsi zəruridir.

Onun szözlərinə görə, bir sıra ixtisaslar gələcəkdə yaaktuallığını zəiflədəcək, ya da tamamilə sıradan çıxacaq:

"Bəzi ixtisaslar isə hətta bu cür dəyişikliklər hesabına belə özmövcudluğunu qorumaqda çətinlik çəkir. Üçüncü ixtisas qrupu birneçə profilli istiqamətləri özündə birləşdirir. Kəmiyyət baxımındanən geniş yer tutan profil pedaqoji ixtisaslardır. Bu qrupaAzərbaycan dili və ədəbiyyatı, tarix, ingilis dili, ibtidai sinifmüəllimliyi, məktəbəqədər təhsil və digər ixtisaslar daxildir.Digər istiqamət elmi-humanitar profildir ki, buraya filologiya,pedaqogika və s. aiddir. Növbəti profil hüquqşünaslıq və dövlətidarəetməsi sahələrini əhatə edir. TC alt qrupunda regionşünaslıqpraktikliyi ilə seçilir. Bundan əlavə, sosial iş və tərcüməsahələri də bu qrupa daxildir.

Zaman göstərir ki, bu ixtisasların bir çoxu, xüsusilə yaradıcıvə kulturoloji istiqamətli profillər, getdikcə aktuallığını vəfaydalılığını itirir. Məsələn, mədəniyyətşünaslıq, kitabxanaçılıq,muzey işi, arxiv işi, teatrşünaslıq kimi ixtisaslar daha çox nəzərivə konseptual xarakter daşıdığından onların gələcəyi müəyyən mənadasual altındadır.

Bu ixtisaslar ya praktik yönümlülüyünü artırmalı, əməkbazarındakı tələbatı gücləndirməli, ya da mövcud vəziyyətləüzləşməlidir. Məhz bu amillər nəzərə alınaraq üçüncü ixtisas qrupuüzrə plan yerlərinin tədricən azaldığı müşahidə olunur. Maraqlıməqam ondan ibarətdir ki, bu azalma daha çox pedaqoji profilliixtisasları əhatə edir".

Ekspert məsələnin səbəblərinə də aydınlıq gətirib. O qeyd edibki, bunun əsas səbəbi uzun illər ərzində universitetlərdə həddindənartıq pedaqoji kadr hazırlanması və nəticədə əmək bazarındabalansın pozulmasıdır:

"Üstəlik, pedaqoji uyğunluq qaydalarına əsasən, pedaqoji ixtisasbitirməyən şəxslərin də müəllim kimi fəaliyyət göstərməsi mümkünolduğundan, bu sahədə əlavə qarışıqlıq yaranır. Məsələn, kimyaixtisasını bitirən şəxs də kimya müəllimi kimi işləyə bilir ki, buda bazarda rəqabəti qeyri-taraz hala gətirir.

Ümumilikdə, ixtisas seçimi plan yerlərindən asılıdır, planyerləri isə əmək bazarının real ehtiyaclarını əks etdirir. Bubaxımdan bəzi ixtisaslar üzrə plan yerlərinin azaldılması zərurihesab olunur".

Elmin Nuri vurğulayıb ki, bütün bunlara baxmayaraq bu ixtisasqrupunun tamamilə sıradan çıxacağını gözləmək olmaz:

"Bununla belə, üçüncü ixtisas qrupunun tam olaraq aktuallığınıitirəcəyini düşünmürəm. Xüsusilə qadın abituriyentlər arasında buixtisaslara marağın yüksək olması həmin qrupun hələ uzun müddət özaktuallığını qoruyacağını deməyə əsas verir".

Seçilən
20
21
az.trend.az

10Mənbələr