AZ

Metroda informasiya sistemi kəsildi: nə baş verir? Video

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün saat 18:00 radələrində metronun “Dərnəgül–Həzi Aslanov” istiqamətində hərəkət edən qatarında stansiya məlumatlarının göstərilməməsi sərnişinlər arasında narahatlıq yaradıb. Əvvəlcə, elektron lövhədə məlumatın yenilənməməsi və daha sonra səsli anonsların da verilməməsi səbəbindən bir çox sərnişin hansı stansiyada olduqlarını müəyyən etməkdə çətinlik çəkdiklərini bildirib. Bu hal xüsusilə sıxlıq zamanı daha çox diqqət çəkib və şikayətlərə səbəb olub.

Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Axar.az-a açıqlamasında bildirib ki, qatarın informasiya-məlumat sisteminin kəsilməsi müşahidə olunub:

“Bu, qatarların texniki cəhətdən hərəkətinə hər hansı maneə və ya problem yaratmır. Maşinistə məlumat daxil olan kimi işlək vəziyyətə gətirilməsi təmin olunur.

Kəsinti bloklanma xarakterli olursa, sonuncu stansiyada qatarın əks istiqamətdə hərəkətə keçirildiyi müddətdə proqram təminatının yenidən qoşulması ilə informasiya sisteminin işi bərpa olunur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
5
axar.az

5Mənbələr