“Bornmut”un hücumçusu Eli Junior Kroupi karyerasını başqa klubda davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Mançester Yunayted” 19 yaşlı forvardı heyətinə qatmaq niyyətindədir. Klub oyunçunu satmağa hazırdır və onun üçün 50–60 milyon funt tələb olunur.
Qeyd edək ki, gənc hücumçu bu mövsüm 28 oyunda 10 qol vurub.