AZ

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.

Milli.Az xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:

İçindəki bol acı istiotun tərkibindəki kapsaisin və sarımsaqdakı kükürdlü birləşmələr maddələr mübadiləsini sürətləndirir.

Yüksək odda servis edilən bu yemək bədəni tərlədərək toksinlərin xaric olunmasına və halsızlığın aradan qaldırılmasına kömək edir.

Tərkibindəki yüksək kollagen bədən müqavimətini artırır.

Beyranın süfrəyə gəlməsi uzun bir prosesdir:

Quzu əti (xüsusilə kürək hissəsi) ilikli sümük suyu ilə birlikdə az odda 12 saat qaynadılır.

Bişmiş ətlər didilir və bişmiş düyü, sarımsaq, quyruq yağı və bol pul bibər ilə birlikdə xüsusi qablarda, çox yüksək odda son halına gətirilir.

Türkiyənin Qaziantep bölgəsində Beyran adətən günorta və ya axşam deyil, səhər saatlarında yeyilir. Qədimdə bəylərə və cəmiyyətin öndə gələn şəxslərinə təqdim edildiyi üçün "Beyran" adını alan bu ləzzət gərgin iş gününə enerjili başlamaq üçün ən yaxşı vasitə hesab olunur.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
12
1
milli.az

2Mənbələr