AZ

Sərgi iştirakçısı: Rəsm əsərimdə Həkəri çayını və Şuşanın yaz fəslindəki gözəlliyini təsvir etmişəm

Bakı, 20 aprel, AZƏRTAC

Rəsm əsərimdə Qarabağın Laçın bölgəsində yerləşən Həkəri çayını və Şuşanın yaz fəslindəki gözəlliyini təsvir etmişəm. Rəsm işi üzərində təxminən bir ay çalışmışam. Hər detalı diqqətlə işləyib, kompozisiyada harmoniya yaratmağa xüsusi önəm vermişəm.

Bunu AZƏRTAC-a açıqlamasında Xətai Sənət Mərkəzində açılan “Baharın rəngləri” sərgisində rəsm əsəri nümayiş olunan, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksinin şagirdi Fatimə Abbaszadə deyib.

O qeyd edib ki, əsərdə xüsusilə yazın rəng çalarlarını və təbiətin canlanmasını göstərməyə diqqət yetirib. “Məqsədim yazın gözəlliyini mümkün qədər dolğun şəkildə çatdırmaq olub. Bu, qatıldığım ikinci sərgidir. Gələcəkdə də yaradıcılığımı inkişaf etdirərək daha böyük sərgilərdə iştirak etməyi planlaşdırıram”,- deyə F.Abbaszadə əlavə edib.

Müəllif - Fidan Əlizadə, Fidan Heydərova, Röya Salehova
Seçilən
48
azertag.az

1Mənbələr