
Ağcabədi rayonunda ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AFN.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəza rayonun Hindarx qəsəbəsində qeydə alınıb.
Belə ki, Ağdam rayon sakini Gündüz Süleymanovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili hərəkətdə olarkən “KamAZ” markalı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində sürücü Gündüz Süleymanov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişinlər — 2006-cı il təvəllüdlü Aysel Səlimova və 1973-cü il təvəllüdlü Yalçın Əhmədov ağır bədən xəsarətləri alıblar.
Yaralılar təcili olaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
![]()
![]()
![]()
![]()
![]()