AZ

17 minlik ordu əraziyə gəlir: Proses başladı

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ Çin və İrandan gələn təhdidlər fonunda Asiya-Sakit okean regionunda genişmiqyaslı hərbi təlimlərə start verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Qeyd olunub ki, təlimlər ABŞ və Filippin arasında keçirilir və regionda indiyədək baş tutan ən böyük müdafiə manevrlərindən biri hesab olunur.

Məlumata əsasən, 17 mindən çox hərbi qulluqçu dəniz əməliyyatları və döyüş atəşi üzrə təlimlərdə iştirak edir. Təlimlərə həmçinin Yaponiya, Kanada, Avstraliya, Yeni Zelandiya və Fransa da qoşulub.

Nəşr qeyd edir ki, bu manevrlər Çin tərəfindən Qərbi Sakit okean regionuna hərbi gəmilər qrupunun göndərilməsindən bir gün sonra başlayıb. Eyni zamanda, Yaponiya bu təlimlərdə ilk dəfə iştirak edir.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
globalinfo.az

1Mənbələr