AZ

Messi aldı, La Liqa klublarını ötməyə başladılar

“Kornelya” klubu artıq sosial şəbəkələrdə abunəçi sayına görə La Liqa təmsilçisi “Espanyol”u geridə qoyub.

Publika.az xəbər verir ki, Bu barədə Sport.es məlumat yayıb.

Bayş-Lyobreqat bölgəsini təmsil edən klub “əsrin xəbəri”ndən əvvəl “Instagram”da təxminən 39 min izləyiciyə malik idi, lakin hazırda bu rəqəm 550 mini keçib. Səbəb isə Lionel Messinin “Kornelya”nı satın almasıdır. Əvvəlcə bu xəbər şübhə ilə qarşılansa da, qısa müddətdə təsdiqlənib və böyük rezonans doğurub.

Bu addım Messinin “Barselona” ilə əlaqələrini daha da gücləndirib və akademiyası ilə tanınan kluba ciddi təkan verib. Məhz bu akademiyada David Raya, Xordi Alba, Jerar Martin kimi futbolçular yetişib.

Seçilən
17
12
publika.az

10Mənbələr