AZ

Azərbaycanın məşhur turizm bölgəsində dəhşətli mənzərə

Xızı rayonunun Altıağac qəsəbəsində məişət tullantılarının vaxtında daşınmaması sakinləri narahat edir. Yığılıb qalan zibillər ərazidə antisanitar vəziyyət yaradır, həm ekoloji, həm də sağlamlıq baxımından ciddi problemlərə səbəb olur.

Publika.az xəbər verir ki bu barədə AzTV-nin videomaterialında deyilir.

Sakinlər problemin tezliklə həll olunmasını istəyirlər:

"Hara baxırsan zibil tökülüb. İstəyir çaylara, istəyir yollara. Bizim zibil qablarımız yoxdur. Zibil maşını gəlmir".

"Bu boyda Altıağacda iki dənə zibil qutusu var. Biri məktəbin həyətindədir, bunu da guya uşaq bağçasına qoyublar. Zibillik baş alıb gedir. Körpə uşaqlarımızı buraya gətirib bağçaya qoyuruq. Hər bir xəstəlik tapa bilərlər", - digər bir sakin bildirib.

Seçilən
52
8
publika.az

9Mənbələr