Yazını böyüt
Yazını kiçilt
İran ABŞ tərəfindən təhdidlər davam edəcəyi təqdirdə, Vaşinqtonla danışıqlar aparmayacağını bəyan edib.
Hafta.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf sosial şəbəkədə yazıb:
“Donald Tramp danışıqları təslim müqaviləsinə çevirmək istəyir. Lakin biz daimi təhdidlər şəraitində aparılan dialoqu qəbul etmirik”.
Qalibaf əlavə edib ki, İran döyüş meydanında yeni güc balansını nümayiş etdirməyə hazırdır.