AZ

Trampın şirkəti Tbilisidə 70 mərtəbəli göydələn tikməyi planlaşdırır

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Trampın şirkəti Gürcüstanın paytaxtı Tbilisidə 70 mərtəbəli göydələn, Tramp Qülləsi tikməyi planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə  Wall Street Journal qəzeti məlumat verib.

Bina Mərkəzi Parkın yanında tikiləcək. Burada yaşayış məntəqələri, mağazalar və restoranlar yerləşəcək. 70 mərtəbəli Tramp Qülləsi ən hündür bina olacaq. Layihə dünyanın ən böyük memarlıq firması olan Gensler tərəfindən hazırlanır.

WSJ qeyd edir ki, bu, regionda Tramp brendli layihənin həyata keçirilməsinin ilk halıdır və əlavə edir ki, bu, Tbilisinin Şərqi Avropa və Asiya üçün biznes mərkəzi kimi əhəmiyyətini vurğulayır.

Layihəyə Gürcüstanın Biograpi Living, Archi Group, Blox Group və Finvest Georgia inkişaf şirkətləri də cəlb olunacaq. Blox Group-un həmtəsisçisi Laşa Kvaçadze şirkətin veb saytında verdiyi açıqlamada bildirib ki, Tramp Qülləsi Tbilisi beynəlxalq etimadın sübutu və Gürcüstanın iqtisadi inkişafında mühüm mərhələdir.

Gürcüstan mediasının xəbər verdiyi kimi, 2012-ci ildə Tramp Təşkilatı Gürcüstanda daşınmaz əmlak layihəsi planlaşdırdığını elan etdi. Lakin şirkət bu layihədən, eləcə də bir çox digər xarici sövdələşmələrdən imtina etdi, çünki Donald Tramp potensial maraqların toqquşmasından qaçmaq istədiyini bildirdi.

Seçilən
34
banco.az

1Mənbələr