AZ

Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır

style='margin-bottom:10px;'>

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

QOL.az xəbər verir ki, bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.

Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ruslan Nurullayev (72 kq), Qurban Qurbanov (82 kq) və Murad Əhmədiyev (97 kq) xalça üzərinə çıxacaqlar.

H.Cəfərov daha əvvəl 3 dəfə, N.Məmmədli 2 dəfə, Q.Qurbanov isə 1 dəfə Avropa çempionu olub.

Bundan əlavə, Rəşad Məmmədov (55 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal uğrunda görüşlərə çıxacaqlar.

Seçilən
24
5
teleqraf.com

9Mənbələr