AZ

Vacib mövzularda keçirilən tədbirlər bizi maarifləndirir

Rayonumuzda tez-tez əhalini maraqlandıran, narahat edən mövzularda tədbirlər təşkil olunur. Belə tədbirlərdən biri "Azərbaycan dili: milli kimliyin və mədəni irsin daşıyıcısı" mövzusunda elmi-praktik konfrans idi.

Konfrans Masallı rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin birgə təşkilatçılığı, Masallı Rayon İcra Hakimiyyəti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Pedaqoji Universitetinin Cəlilabad filialı, Masallı Dövlət Regional Kolleci və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun tərəfdaşlığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı rayon komitəsinin dəstəyi ilə keçirilən konfrans elm, təhsil və ictimaiyyət nümayəndələrini bir araya gətirərək Azərbaycan dilinin müasir dövrdə qorunması, inkişafı və təbliği istiqamətində aktual məsələlərin müzakirəsi üçün mühüm platforma oldu. Tədbir çərçivəsində panel müzakirələri və TEDx formatında çıxışlar təşkil edildi. Panel sessiyalarında sahə üzrə mütəxəssislər tərəfindən dil mədəniyyəti, ana dilinin qorunması, qloballaşma şəraitində milli kimliyin saxlanılması kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparıldı, müxtəlif yanaşmalar səsləndirildi. TEDx formatlı çıxışlarda isə gənc natiqlər və ekspertlər öz ideyalarını, şəxsi təcrübələrini və innovativ baxışlarını iştirakçılarla bölüşərək auditoriyaya motivasiyaedici mesajlar verdilər. Qeyd olundu ki, bu kimi tədbirlərin təşkili Azərbaycan dilinin zənginliyinin qorunması, gənc nəslə aşılanması və milli-mədəni dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. 

Ə.MƏMMƏDOV,

Masallı rayonu

Seçilən
50
azerbaijan-news.az

1Mənbələr