AZ

Trampa qarşı şok iddia: Çıxışlarından bir neçə saat əvvəl...

ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik müddəti dövründə bəzi investorların onun mühüm açıqlamalarından az əvvəl milyonlarla dollar dəyərində əməliyyatlar həyata keçirdiyi iddia olunur.

Publika.az xəbər verir ki, bu barədə BBC hesabat dərc edib.

İddiaya görə, Trampın bazara təsir edən çıxışlarından əvvəl müəyyən investor qruplarının aktiv şəkildə alış-satış əməliyyatları apardığı müşahidə olunub.

Hesabatda müxtəlif maliyyə bazarlarında ticarət həcmləri təhlil edilərək, Trampın ictimaiyyətə açıqladığı mühüm bəyanatların vaxtı ilə müqayisə edilib. Araşdırma nəticəsində sosial media paylaşımları və ya media müsahibələrindən bir neçə saat, bəzi hallarda isə dəqiqələr əvvəl ticarət həcmlərində diqqətçəkən artımlar qeydə alınıb.

Seçilən
19
publika.az

1Mənbələr