AZ

Tramp komandasında 3-cü qadın nazir istefa verdi - Mühafizəçi ilə eşq yaşayırmış

ABŞ-ın Əmək naziri Lori Çavez-Derimer uyğunsuz davranış iddiaları ilə əlaqədar istefa verib.

Musavat.com xəbər verir ki, məlumatı Ağ Evin Kommunikasiya direktoru Stiven Çun elan edib:

"Əmək naziri Lori Çavez-Derimer administrasiyadakı vəzifəsindən ayrılacaq və özəl sektora qoşulacaq". O, əlavə edib ki, nazirin müavini Kit Sonderlinq Əmək naziri vəzifəsini icra edəcək.

Bir neçə ABŞ mediası əvvəllər Çavez-Derimerin onunla bağlı davam edən istintaq səbəbindən əmək naziri vəzifəsindən istefa verəcəyinə dair məlumat yaymışdı. Onların yazdıqlarına görə, nazirlik işçiləri ona qarşı mühafizəçi ilə romantik münasibətdə olduğuna və işdə spirtli içkilərdən sui-istifadə etdiyinə görə mülki iddia qaldırıblar.

Çavez-Derimer Donald Trampın ikinci müddətində  vəzifəsindən azad edilən üçüncü qadın federal agentlik rəhbəri olub. 5 martda ABŞ prezidenti Kristi Noemin Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri vəzifəsindən istefa verəcəyini açıqlayıb. 2 apreldə ABŞ ədliyyə naziri- Baş prokuror Pem Bondi istefasını təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
1
olaylar.az

2Mənbələr