AZ

Üzərində bu söz yazılmış sabunları almayın

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Gündəlik gigiyenamızın ayrılmaz hissəsi olan antibakterial sabunlar əslində sağlamlığımız üçün ciddi təhlükə mənbəyinə çevrilə bilər. Mikrobları məhv etmək məqsədilə istifadə etdiyimiz bu məhsullar bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı inanılmaz müqavimət qazanmasına şərait yaradır.Demokrat.az xəbər verir ki, antibakterial məhsulların tərkibindəki kimyəvi maddələr zəif bakteriyaları öldürsə də, daha dözümlü olanların sağ qalmasına və "super bakteriya"ya çevrilməsinə yol açır. Bu proses gələcəkdə ən sadə infeksiyaların belə antibiotiklərlə müalicə olunmasını qeyri-mümkün edə bilər. Üstəlik, həddindən artıq steril mühit yaratmaq immunitet sistemini "tənbəlləşdirir" ki, bu da uşaqlarda allergiya, astma və ekzema kimi xəstəliklərin kütləvi artımı ilə nəticələnir.Xüsusilə bu sabunların etiketində rast gəlinən triklosan maddəsi hormonal balansı, xüsusən də qalxanvari vəzi hormonlarını ciddi şəkildə pozur. Artıq bir çox inkişaf etmiş ölkədə triklosan tərkibli məhsulların satışı qadağan edilib. Bu kimyəvi maddə təkcə insan orqanizmi üçün deyil, həm də su qaynaqlarına qarışaraq təbiət və canlı aləm üçün böyük təhlükə yaradır.Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, əlləri 20 saniyə ərzində adi sabun və su ilə yumaq xəstəlik yaradan mikroblardan qorunmaq üçün tamamilə kifayətdir. Güclü dezinfeksiyaediciləri yalnız xəstəxana kimi yüksək riskli yerlərdə istifadə etmək, ev şəraitində isə təbii tərkibli məhsullara üstünlük vermək ən doğru seçimdir.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
demokrat.az

1Mənbələr