AZ

Modriç ilin futbolçusu seçildi

“Milan”ın yarımmüdafiəçisi Luka Modriç 2025-ci ildə Xorvatiyanın ən yaxşı futbolçusu seçilib.

İdmanxeber.az-ın məlumatına görə, 40 yaşlı futbolçu karyerasında 14-cü dəfə bu ada layiq görülüb və ardıcıl 10-cu dəfə ölkəsinin ən yaxşısı olub.

2025/26 mövsümündə Modriç bütün turnirlərdə 35 oyunda 2 qol və 3 assistlə yadda qalıb. Onun “Milan”la müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Seçilən
50
idmanxeber.az

1Mənbələr