AZ

Qobustanda bir ailənin 4 üzvü zəhərləndi

Qobustan rayonunda bir ailənin dörd üzvü zəhərlənib.

Rayon sakinləri - 30 yaşlı X.Mədətova, 11 yaşlı F.Mədətova, 10 yaşlı M.Mədətov və 4 yaşlı A.Mədətov ilkin ehtimallara görə, yaşadıqları evdə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, hazırda müalicələri davam edir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.//Lent.az

Seçilən
3
18
musavat.com

10Mənbələr