İrandan zənginləşdirilmiş uranın çıxarılması uzun və çətin proses olacaq.
Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Truth Social” paylaşımında bildirib.
"Gecəyarısı çəkic" əməliyyatı İrandakı nüvə obyektlərinin tamamilə məhv edilməsi idi. Buna görə də onları yenidən qazıb üzə çıxarmaq uzun və çətin bir proses olacaq. Yalan xəbərlər yayan media şəbəkələri və platformalar bizim möhtəşəm pilotlara layiq olduqları dəyəri vermirlər, həmişə onları alçaltmağa və kiçiltməyə çalışırlar”, - deyə ABŞ prezidenti yazıb.