AZ

Antalya Diplomatiya Forumu Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı daha da möhkəmləndirir - Deputat

Bakı. Trend:

Antalya Diplomatiya Forumu artıq nəinki regional, eyni zamandaqlobal məsələlərin müzakirəsini təşkil edən ciddi platformayaçevrilib.

Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentinbugünkü plenar iclasında deyib.

“Dövlət başçımızın forumda iştirak etməsi Azərbaycanın sözügedəntədbirə xüsusi önəmini göstərir.

Qardaş Türkiyə Azərbaycanın əsas strateji tərəfdaşdövlətlərindədir. 2025-ci ildə iki ölkə arasındakı ticarətdövriyyəsi 5 milyard 720 milyon dollar olub. Türkiyə ilə qarşılıqlıticarətdə Azərbaycan 1 milyard 34 milyon dollarlıq müsbət saldoyamalikdir. Göründüyü kimi, iki ölkə arasında ticarət dövriyyəsikifayət qədər böyük rəqəmlə ifadə olunur. Hədəf isə Azərbaycan vəTürkiyə arasındakı ticarət dövriyyəsini 15 milyard dollaraçatdırmaqdır.

Azərbaycanın xarici ticarət dövriyyəsinin 11.6 faizi Türkiyəninpayına düşür. Bu İtaliyadan sonra Türkiyənin ikinci ən böyükticarət tərəfdaşı olması deməkdir. Qardaş dövlət Azərbaycanixracatında da ikinci ən böyük tərəfdaşdır: 13.5 faiz. Azərbaycanınqeyri neft-qaz ixracının 16.5 faizi Türkiyənin payına düşür. Buticarətdə də Türkiyə ikinci ən böyük tərəfdaşdır.

İqtisadi münasibətlər yalnız ticari əlaqələrdə deyil, həmçininqarşılıqlı sərmayə qoyluşlarında da özünü göstərməkədir. İndiyədəkAzərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox,Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollar sərmayəyönəldib.

Dövlət başçılarının qarşılıqlı səfərləri strateji əlaqələrimizidaha da möhkəmləndirir. Azərbaycan Prezidentinin Türkiyəyə növbətisəfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq”, -deyə o qeyd edib.

Məqalədə:
Seçilən
27
5
az.trend.az

10Mənbələr