AZ

Qadın sahibkarlığı üzrə Azərbaycan–Çin əməkdaşlığına dair görüş keçirilib

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının baş katibi Azər Allahverənov öz sosial media hesabında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və digər nümayəndələr Çin Qadın Sahibkarlar Assosiasiyasının nümayəndə heyəti ilə keçirilən görüşdən paylaşım edib.

QHT.az həmin paylaşımı təqdim edir:

"Aprelin 20-də dəyərli həmkarım Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ilə birlikdə Çin Qadın Sahibkarlar Assosiasiyasının nümayəndə heyəti ilə görüşdük.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilati dəstəyi ilə keçirilən görüşdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü kimi çıxış edərkən Azərbaycan və Çin arasında qadın sahibkarlığının inkişafı sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi yolları barədə fikirlərimi bölüşdüm və bunun üçün ilk əvvəl təcrübə mübadiləsinin aparılmasının, ilkin mərhələdə icrası təklif olunan məhdud formatlı pilot layihələrinin və bu kimi təşəbbüslərin həyata keçirilməsinin vacibliyini qeyd elədim. Xüsusilə bildirdim ki, ilkin mərhələdə əldə olunacaq nəticələr sonrakı mərhələdə dinamik və uzun müddət ərzində fəaliyyət göstərəcək birgə platformaların yaradılmasına səbəb ola bilər ki, bu da ümumi işin xeyrinə böyük töhfələr verəcəkdir. 

Milli Majlis
Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması"

Seçilən
13
qht.az

1Mənbələr