AZ

İran ordusunun dəstəyi ilə neft tankeri ölkə ərazisinə daxil olub

Bakı. Trend:

Ötən gecə İran ordusunun Hərbi Dəniz Donanmasının dəstəyi iləİranın “Sili City” neft tankeri ölkə ərazisinə daxil olub.

Trend xəbərverir ki, bununla əlaqədar İran ordusu məlumat yayıb.

Məlumata görə, ABŞ ordusunun dəniz blokadası vəxəbərdarlıqlarına baxmayaraq sözügedən tanker Ərəb dənizindənkeçərək ölkə ərazisinə daxil olub. Neft tankeri bir neçə saat öncəİranın cənubundakı limanlarından birinə yan alıb.

Qeyd edək ki, ABŞ 13 apreldən İrana limanlarına dəniz blokadasıtətbiq edib.

Xatırladaq ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədarkonkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ vəİsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmingündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA iləatəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞvə İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldəolunmayıb.

Məqalədə:
Seçilən
36
az.trend.az

1Mənbələr