AZ

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb

İsrail kəşfiyyatının maraqlarına xidmət etməkdə və yanvar ayındakı iğtişaşlar zamanı Tehranda məscidi yandırmaqda ittiham olunan Əmir Əli Mircəfəri məhkəmənin hökmü ilə bu gün səhər edam edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Mizan” informasiya agentliyi məlumat yayıb. Bildirilir ki, Mircəfəri həbs olunduqdan sonra iğtişaşlarda iştirakını və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum etdiyini boynuna alıb. Eyni zamanda, İranın digər iki əyalətində düşmənlə əməkdaşlıqda ittiham olunan 22 nəfər həbs cəzasına məhkum olunub.

Xatırladaq ki, İranda iğtişaşlar ötən il dekabrın 29-da rialın kəskin şəkildə düşməsi ilə bağlı etiraz aksiyalarından sonra başlayıb və əksər böyük şəhərlərə yayılıb. İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, yanvarın 8-dən sonra nümayişçilər arasında silahlı terrorçular peyda olub. Nəticədə həm mülki şəxslər, həm də təhlükəsizlik qüvvələrinin əməkdaşları daxil olmaqla, 3117 nəfər həyatını itirib.

Tehran iğtişaşların təşkilində İsrail və ABŞ-ni günahlandırıb.

Seçilən
12
azerbaijan-news.az

1Mənbələr