Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İranla müharibə Rusiyanı gücləndirir.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski "United News"a müsahibəsində deyib.
O, İranla müharibənin ABŞ-ı yorduğunu və Avropanın enerji ehtiyatlarını tükəndirdiyini bildirib. Zelenski Rusiyanın ağır iqtisadi vəziyyətdə olduğunu əlavə edib: “100 milyard dollar büdcə kəsri Yaxın Şərqdə qısa bir müharibə ilə doldurula bilməz”.
Ukrayna lideri baş verənlərdə Çinin mövqeyinə də toxunub: “Çin harada dayanacaq? Belə bir vəziyyətdə, sadəcə vasitəçi rolunu oynamaq çox çətindir. Bu hamı üçün ciddi enerji çətinliyidir. İranda müharibə Yaxın Şərqin sərhədlərini aşan daha geniş bir aqressiyaya yol açacaq”, - Zelenski vurğulayıb.
O, həm də müharibənin Ukraynanın havadan hücumundan müdafiə sistemlərinə çıxışını da məhdudlaşdırdığını bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.