AZ

FTB direktorunu “xroniki alkoqolik” adlandırdı “The Atlantic” nəşrinə qarşı 250 milyon dollarlıq iddia

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kaş Patel “The Atlantic” nəşrinə qarşı məhkəmə iddiası qaldırıb. O, nəşri barəsində yayılan məlumatlara görə böhtanda ittiham edir və azı 250 milyon dollar təzminat tələb edir.

İddia “The Atlantic” jurnalında dərc olunan məqalə ilə bağlıdır. Həmin yazıda Patel “xroniki alkoqolik” kimi təqdim olunub, vəzifə öhdəliklərini yerinə yetirə bilmədiyi, ictimai təhlükəsizlik üçün risk yaratdığı və xarici təsirlərə açıq olduğu iddia edilib. Məqalədə həmçinin onun fövqəladə hallarda əlçatmaz olduğu, bəzən qapalı otaqlardan çıxarılması üçün xüsusi texnikadan istifadə edildiyi kimi iddialar yer alıb.

FTB rəhbəri bu məlumatları “tamamilə yalan və qərəzli” adlandırır. O, iddia edir ki, nəşrin əsas məqsədi ictimaiyyəti məlumatlandırmaq deyil, onun vəzifədən uzaqlaşdırılmasına nail olmaq olub. Patel bildirib ki, məqalə dərc olunmazdan əvvəl jurnalın sorğusuna cavab verərək iddiaların əsassız olduğunu açıqlayıb, lakin bu mövqe nəzərə alınmayıb.

“The Atlantic” isə yayılan materialın arxasında dayandığını bəyan edib. Məqalənin müəllifi Sara Fittspatrik bildirib ki, o, müxtəlif sahələri təmsil edən 20-dən çox mənbə ilə danışıb və onların hamısı anonim qalmaq şərtilə Patelin fəaliyyətini tənqid edib.

Qeyd olunur ki, digər media qurumları hələlik bu iddiaları müstəqil şəkildə təsdiqləməyib.

ABŞ Prezidenti Donald Tramp da daha əvvəl media qurumlarına qarşı oxşar iri məbləğli məhkəmə iddiaları ilə çıxış edib. Onun BBC və “The Wall Street Journal” nəşrlərinə qarşı qaldırdığı iddialar da medianın fəaliyyəti və məlumatların təhrif edilməsi ilə bağlı olub.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
azpolitika.info

1Mənbələr