AZ

“Türkiyə Azərbaycan Pakistan üçlüyü gələcəkdə daha təsirli platformaya çevrilə bilər”

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan tərəfindən Antalya Diplomatiya Forumu çərçivəsində səsləndirilən “Türkiyə–Azərbaycan–Pakistan birliyi dünyaya mesajdır” fikri təsadüfi deyil və bir neçə mühüm geosiyasi məqamı özündə ehtiva edir. Bu üçlük – Türkiyə, Azərbaycan və Pakistan – artıq sadəcə dost ölkələr deyil, ortaq strateji baxışa malik tərəfdaşlardır”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki, bu birliyin əhəmiyyətini bir neçə istiqamətdə qiymətləndirmək olar: “İlk növbədə, bu əməkdaşlıq regional təhlükəsizlik arxitekturasında yeni balans yaradır. Bu isə regionda sabitliyin qorunmasına və mümkün təhdidlərin qarşısının alınmasına xidmət edir. İkinci mühüm məqam siyasi həmrəylikdir. Xüsusilə Azərbaycanın ərazi bütövlüyü məsələsində Türkiyə və Pakistanın birmənalı dəstəyi, eyni zamanda, Türkiyənin müxtəlif beynəlxalq platformalarda Pakistanın maraqlarını müdafiə etməsi bu birliyin formal deyil, real siyasi məzmun daşıdığını göstərir. Üçüncü istiqamət iqtisadi və nəqliyyat əməkdaşlığıdır. Orta Dəhliz, enerji layihələri və ticarət marşrutları bu üç ölkəni yalnız siyasi deyil, həm də iqtisadi baxımdan bir-birinə daha sıx bağlayır. Bu, Avrasiya məkanında alternativ iqtisadi inteqrasiya modelinin formalaşmasına töhfə verir”.

Deputatın sözlərinə görə, nəhayət, bu birlik ideoloji və mədəni yaxınlıq üzərində qurulub: “Ortaq tarix, mədəniyyət və dəyərlər bu əməkdaşlığı daha davamlı edir və onu sırf maraqlara əsaslanan müvəqqəti ittifaqlardan fərqləndirir. Hakan Fidanın mesajının mahiyyəti ondan ibarətdir ki, bu üç ölkənin birliyi yalnız region üçün deyil, daha geniş beynəlxalq sistem üçün də siqnaldır. Belə ki, yeni güc mərkəzləri formalaşır və onlar öz maraqlarını daha koordinasiyalı şəkildə müdafiə etməyə qadirdir. Bu baxımdan Türkiyə–Azərbaycan–Pakistan üçlüyü gələcəkdə həm siyasi, həm də geoiqtisadi baxımdan daha təsirli bir platformaya çevrilə bilər”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
icma.az

1Mənbələr