AZ

İcra məmurlarının hüquqları genişləndiriləcək

Bakı. Trend:

İcra məmurlarının hüquqları genişləndiriləcək.

Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan "Dövlət icra məmurları haqqında" Qanunda dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Hazırda qüvvədə olan qanuna görə, icra məmuru tələbi borclununhesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına,banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərə yönəldə,borclunun yerinin, əmlakının, uşağının olduğu yerin müəyyənedilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görəbilər.

Təklif edilən dəyişikliyə əsasən, icra məmuru tələbi borclununəmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredittəşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda vəəmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqasərvətlərinə yönəldə, borclunun, onun əmlakının yerinin, borcluhüquqi şəxsin icra orqanının rəhbərinin və ya borclunun uşağınınolduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydadatədbirlər görə biləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraqbir oxunuşda qəbul edilib.

Seçilən
20
3
az.trend.az

4Mənbələr