İranın ABŞ ilə danışıqlara qoşulması ilə bağlı Almaniyadan çağırış edilib.
Redaktor.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Yohan Vadeful Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl açıqlama verib.
Nazir bildirib ki, ABŞ Vitse-prezidenti İslamabadda keçiriləcək danışıqlara qatılmağa hazırdır və İran bu təklifi öz xalqının rifahı naminə qəbul etməlidir.
Vadefulun sözlərinə görə, dialoq regionda gərginliyin azaldılması üçün mühüm imkan yarada bilər.
Aminə ŞAHSUVARQIZI