AZ

Milli Məclisdə “Real Ermənistan” müzakirəsi – Azərbaycanın regionda yeni güc xəritəsi açıldı



Milli Məclisdə deputat Rizvan Nəbiyev çıxışı zamanı Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlardan danışıb. O bildirib ki, Azərbaycan işğala son qoymaqla regionda yeni status-kvonun əsasını yaradıb və bu, bütün siyasi gündəmi dəyişib.

Deputat qeyd edib ki, Ermənistanın hazırda “Real Ermənistan” konsepsiyası ilə sülh və normallaşma gündəliyinə yönəlməsi də bu yeni reallığın nəticəsidir. Onun sözlərinə görə, regionda baş verən qlobal proseslər fonunda Azərbaycanın xarici siyasəti balanslı və çoxşaxəli diplomatiya üzərində qurulub.

R.Nəbiyev vurğulayıb ki, Azərbaycan hərbi bloklara qoşulmadan, müstəqil siyasət apararaq həm regionda, həm də qlobal müstəvidə təsir imkanlarını genişləndirir. Türkiyə, Pakistan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatları bu strategiyanın əsas istiqamətlərindəndir.

Deputat həmçinin ABŞ və Avropa İttifaqı ilə əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini və beynəlxalq platformalarda Azərbaycanın artan rolunu ölkənin diplomatik uğuru kimi dəyərləndirib.



Seçilən
1
aia.az

1Mənbələr