AZ

ABŞ Braziliya attaşesinə ölkəni tərk etməyi əmr etdi.

ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.

"Heç bir xarici vətəndaşın immiqrasiya sistemimizi manipulyasiya etmək hüququ yoxdur”

ABŞ Dövlət Departamenti Braziliya təhlükəsizlik attaşesi Marselo İv de Karvalyodan ölkəni tərk etməyi tələb edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, qərar ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) Braziliyada keçmiş Prezident Jair Bolsonaro ilə birlikdə dövlət çevrilişi planlaşdırmaqda ittiham olunan Braziliya kəşfiyyatının keçmiş rəhbəri Aleksandr Ramajemi saxladıqdan sonra verilib.

Agentliyin məlumatına görə, De Karvalyo Florida ştatının Mayami şəhərində yaşayırdı və Braziliya hakimiyyəti ilə ICE arasında "əlaqələndirici" rolunu oynayıb.

Dövlət Departamentinin Qərb Yarımkürəsi İşləri Bürosu sosial mediada paylaşım edərək bildirib ki, "heç bir xarici vətəndaşın rəsmi ekstradisiya tələblərini yayındırmaq və ABŞ daxilində siyasi nifrət yaymaq üçün immiqrasiya sistemimizi manipulyasiya etmək hüququ yoxdur. Bu gün biz sözügedən Braziliya rəsmisinin bunu etməyə cəhd etdiyi üçün ölkəmizi tərk etməsini tələb etdik".

Onlar “Reuters” sözügedən şəxsin de Karvalyo olduğunu təsdiqləyiblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
ayna.az

1Mənbələr