İranın danışıqlar heyətinin ABŞ-nin nümayəndələri ilə Pakistanda keçirilməsi nəzərdə tutulan görüşlər üçün İslamabada getdiyinə dair xəbərlərin doğru olmadığı açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, İran dövlət televiziyası beynəlxalq media qurumları tərəfindən İran heyətinin Pakistana getdiyi barədə yayılan xəbərləri təkzib edib.
İranlı rəsmilərin "təhdid altında və atəşkəsi pozan hərəkətlərin kölgəsində danışıqları qəbul etməyəcəklərinə" dair açıqlamalarının xatırladıldığı xəbərdə "İrandan indiyədək nə birinci, nə də ikinci dərəcəli diplomatik heyət Pakistanın paytaxtı İslamabada getməyib" ifadələrinə yer verilib.
Qeyd edək ki, Qətərin "Al Jazeera" televiziyası pakistanlı bir rəsmiyə istinadən yaydığı xəbərdə İranın "ilkin danışıqlar heyətinin" ABŞ-nin nümayəndələri ilə müzakirələr aparmaq üçün İslamabada gəldiyini iddia etmişdi.