GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Parlament seçkilərində qalib gələn “Tisza” partiyasının lideri və gələcək Macarıstanın Baş naziri Peter Magyar Prezident Tamaş Şujoku və digər vəzifəli şəxsləri hədələyib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
“Əgər onlar 31 maya qədər könüllü olaraq istefa verməsələr, milyonlarla macardan aldığımız mandata əsasən vəzifələrindən uzaqlaşdıracağıq”, – deyə Magyar bildirib.
O qeyd edib ki, istefa çağırışı təkcə prezidentə deyil, həm də Ali Məhkəmənin baş hakiminə, Milli Ədliyyə Orqanının rəhbərinə, Konstitusiya Məhkəməsinin baş hakiminə və ölkənin baş prokuroruna aiddir.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.