AZ

BDU-da “Diplomatın nitqi” layihəsinə başlanılır

Bakı, 21 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə “Diplomatın nitqi” layihəsinə başlanılır.

BDU-dan AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi tələbələrdə səlis, düzgün və intellektual nitq bacarıqlarının formalaşdırılması, iştirakçıların ictimai çıxış, ünsiyyət və özünü təqdimetmə qabiliyyətlərinin inkişaf etdirilməsidir. Layihə çərçivəsində iştirakçılara bədən dilinin effektiv istifadəsi, auditoriya qarşısında inamlı özünüifadə və diplomatik etiket qaydaları aşılanaraq onların beynəlxalq mühitdə peşəkar şəkildə təmsil olunmasına dəstək göstərilməsi nəzərdə tutulub.

Layihə müddətində 3 həftəlik intensiv və praktik təlimlər təşkil olunacaq, iştirakçılar sahənin peşəkar mütəxəssisləri ilə birbaşa ünsiyyət imkanı əldə edəcəklər.

Təlimlərdə aktiv iştirak edən tələbələr sertifikatla təltif olunacaqlar.

Qeydiyyat aprelin 25-dək davam edəcək.

Seçilən
22
1
azertag.az

2Mənbələr