AZ

Fransa prezidenti Ermənistana səfər edəcək

Bakı.Trend:

Fransa prezidenti Emmanuel Makron 4-5 may tarixlərindəkeçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etməkməqsədilə Ermənistana səfər edəcək.

Trend bu barədəErmənistan mediasına istinadən xəbər verir.

Makronun qarşıdakı Yerevan səfəri Ermənistan baş nazirininmüavini Tiqran Xaçatryanın Fransanın Ermənistandakı fövqəladə vəsəlahiyyətli səfiri ilə görüşü zamanı müzakirə olunub.

Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, səfərərəfəsində ikitərəfli münasibətlərin gündəliyinə daxil olan birsıra məsələlər ətraflı müzakirə olunub. Hər iki tərəf məsələlərinsəmərəli həlli və ikitərəfli münasibətlərin mərhələli şəkildəgenişləndirilməsi üçün qurulmuş konstruktiv əməkdaşlığınvacibliyini vurğulayıb.

Qeyd edək ki, Makron Ermənistana buna qədər bir dəfə (2018-ciilin oktyabrında, Frankofoniya sammitində iştirak etmək üçün) səfəredib.

Məqalədə:
Seçilən
2
1
az.trend.az

2Mənbələr