AZ

Danimarka klubunun futbolçusu bıçaqlanıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 21 aprel, AZƏRTAC

Danimarkanın “Midtüllan” komandasının futbolçusu Alamara Cabi bıçaqlanma nəticəsində ağır xəsarət alıb.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, hadisə bazar gününə keçən gecə Herninq şəhərinin mərkəzində baş verib.

Həkimlərin sözlərinə görə, iki əməliyyat keçirən 19 yaşlı futbolçunun vəziyyəti stabildir. Yarımmüdafiəçi süni komadan çıxarılıb və özünü yaxşı hiss edir.

Qeyd edək ki, Qvineya-Bisaudan olan Alamara Cabi “Midtüllan”ın əsas komandasında iki oyun keçirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
azertag.az

2Mənbələr