AZ

Bəhram Bağırzadə: Anar Məmmədxanov məni 16 yaşımda “kəşf edərək” komandaya çağırdı

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 21 aprel, AZƏRTAC

Anar Məmmədxanov istedadlı gəncləri sənətə cəlb edərək, hər zaman onlara dəstək olmağa çalışırdı. O, 16 yaşımda məni də “kəşf edərək” “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun komandasına çağırdı və bu, həyatımda dönüş nöqtəsinə çevrildi.

Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist Bəhram Bağırzadə deyib.

O qeyd edib ki, Anar Məmmədxanovun ən yaxşı xüsusiyyətlərindən biri də ətrafına istedadlı insanları toplaması idi. “Onun üçün əsas meyar yalnız istedad və zəhmət idi. Hər zaman komandadakı gənclərə yeni biliklər öyrədirdi. Mən ömrümün sonuna qədər onun xatirəsini qəlbimdə daşıyacağam. Ona çox şey borcluyam, çünki vaxtilə mənə inandı, istiqamət verdi və inkişaf etməyimə kömək etdi. Bu gün də onun davamçıları var və onun qoyduğu yol, yaratdığı mühit yaşayır. Anar Məmmədxanov peşəkarlığı, insanlığı və gənclərə verdiyi dəstəklə hər zaman yaddaşlarda yaşayacaq”,-deyə B.Bağırzadə əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
2
azertag.az

3Mənbələr