AZ

12 illik həyat yoldaşından boşanır?

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aktrisa Kira Naytlinin boşanma ərəfəsində olduğu iddia edilib.

Axşam.az xəbər verir ki, aktrisa musiqiçi Ceyms Raytonla 12 illik evliliyini bitirir. "Page Six"in məlumatına görə, bu yaxınlarda paparatsilər 42 yaşlı Raytonu Londonda velosiped sürərkən nikah üzüyü olmadan görüntüləyiblər.

Fevralda isə Naytlinin ərinin adını "KCK Boo Ltd." ifaçılıq sənəti şirkəti ilə bağlı rəsmi sənədlərdən çıxardığı bildirilib. Deyilənə görə, o, artıq sənədlərə Keira Kristina Naytli kimi imza atır.

Lakin aprelin əvvəlində 41 yaşlı aktrisa uşaqları və həyat yoldaşı ilə birlikdə Venesiyada tətildə görüntülənib.

Cütlük barələrində yayılan iddialara münasibət bildirməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
axsam.az

1Mənbələr