ain.az bildirir, Avtosfer portalına istinadən.
Paytaxtın Səbail rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Lermontov küçəsində Dağüstü parkın qarşısında baş verib. Belə ki, “Mercedes” markalı, 10-SZ-107 nömrə nişanlı avtomobilin qadın sürücüsü manevr qaydalarını kobud şəkildə pozub. Şahidlərin sözlərinə görə Lermontov küçəsindən geriyə - Nazirlər Kabineti istiqamətində dönməyə çalışan “Mercedes”in sürücüsü əməliyyatı düzgün yerinə yetirməyib. Nəticədə, arxadan öz zolağı ilə yaxınlaşan “Mitsubishi” markalı avtomobilin önünə çıxıb və toqquşma baş verib.
Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.
Səfər
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.