Qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası təsdiqlənib.
Publika.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, müayinə istehlakçının qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar olunması məqsədilə qazpaylayıcı sistem operatoru tərəfindən ödənişsiz keçirilir.
Sahibkarlıq subyektlərinə münasibətdə müayinə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
Müayinə zamanı qaz qurğularının, qaz xətlərinin və tüstü bacalarının Qanunda nəzərdə tutulan tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydasına, qaz təchizatı obyektlərində təhlükəsizlik qaydalarına və qaz təchizatı obyektlərinin texniki istismar qaydalarına uyğunluğu, həmçinin qaz qurğuları, qaz xətləri və tüstü bacaları, havalandırma və havadəyişmə xətləri üzrə müayinənin predmetləri, metodları, nöqsan və (və ya) pozuntuların mahiyyəti bu Qaydanın əlavəsinə uyğun olaraq yoxlanılmalıdır.