AZ

Xaçmazda 40 yaşlı kişi üzərinə beton düşməsi nəticəsində ölüb

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xaçmaz sakini evində təmir işləri apararkən üzərinə beton düşməsi nəticəsində ölüb.

APA-nın məlumatına görə, hadisə ötən gün rayonun Çinartala kəndində baç verib. Belə ki, 1986-cı il təvəllüdlü Zahid Nağıyev yaşadığı evdə hamam otağını sökərkən üzərinə beton düşüb.

Xəstəxanaya yerləşdirilən Z.Nağıyev orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
2
apa.az

3Mənbələr