AZ

Maştağada evlər niyə su içində qalmaqdadır?

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

ADSEA: “Evlərin tikildiyi məkanlar məskunlaşmaq üçün əlverişsiz ərazilərdir”Maştağa qəsəbəsində 20 gündən artıqdır ki, yağan yağış sularının yığılmaması sakinlər üçün ciddi problem yaradıb. Küçələrdə suyun çəkilməməsi səbəbindən hərəkət çətinləşib və gündəlik yaşayış iflic vəziyyətə düşüb. Sakinlərin çoxusu evlərindən köç ediblər.Bəs problemin aradan qaldırılması üçün hər hansı tədbirlər görüləcək?

Yaranan sualla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info portalının sorğusuna cavab olaraq bildirilib ki, "normadan dəfələrlə çox yağan" bir neçə günlük intensiv yağışların fəsadları əsasən mərkəzləşdirilmiş kanalizasiya sisteminin və yağış kollektorlarının olmadığı ərazilərdə müşahidə edilib: “Drenaj sistemlərinin qurulmadığı yollarda və ərazilərdə yağış suları tullantı su xətlərinə yönləndirilir. Bu isə kanalizasiya şəbəkələrinin artıq yüklənməsinə və suların daşınmasında maneələrin yaranmasına səbəb olur. Həmçinin elə ərazilər var ki, orada mərkəzləşmiş tullantı su şəbəkələri mövcud deyil. Müəyyən ərazilərdə tikilən evlər əsasən fərdi yaşayış üçün nəzərdə tutulmayan torpaq sahələrində inşa olunub”.

ADSEA qeyd edib ki, evlərin tikintisi zamanı seçilən məkanlar coğrafi relyef baxımından məskunlaşmaq üçün əlverişsiz ərazilərdir: “Bu baxımdan həmin evlərin həyətlərinə yağış sularının axaraq dolması halları baş verir. Lakin buna baxmayaraq müvafiq sukanal idarələrinin briqadaları tərəfindən həmin ərazilərin mümkün şərtləri çərçivəsində suyun çəkilməsi istiqamətdə sakinlərə köməklik göstərilir”.

ADSEA əlavə olaraq bildirib: “Hazırda Bakı şəhəri və Abşeron rayonu üzrə bir sıra genişmiyqaslı layihələr icra olunur. Xidmətin mərkəzləşmiş şəbəkəsi olmayan ərazilərdə infrastruktur qurulması məqsədilə bir sıra layihələr hazırlanıb və tikinti quruculuq işləri aparılır”.

Günel Həsənova,Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
bizimyol.info

1Mənbələr