Ermənistan Baş naziri Nikol Paşinyan NATO Baş katibinin Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonu qəbul edib.
"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, Ermənistan Baş naziri regionda təhlükəsizlik və sabitliyin gücləndirilməsi üçün Ermənistanla NATO arasında əməkdaşlığın və sıx dialoqun vacibliyini vurğulayıb.
Görüşdə Ermənistan-NATO tərəfdaşlıq gündəliyindəki bir sıra məsələlər müzakirə edilib.
Həmçinin regional təhlükəsizlik mühiti, mövcud çətinliklər və sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş səylər barədə fikir mübadiləsi aparılıb.
Telegram kanalımız